...

Medvedev: Dağlıq Qarabağda münaqişəni yekun həll etmək vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2016 13:02
Rusiyanın Baş naziri Dmitri Medvedev Dağlıq Qarabağda sülhün qorunmasının və bu məsələnin yekun nizamlanmasına nail olmağın vacibliyini bəyan edib.
Medvedev: Dağlıq Qarabağda münaqişəni yekun həll etmək vacibdir

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiyanın Baş naziri Dmitri Medvedev Dağlıq Qarabağda sülhün qorunmasının və bu məsələnin yekun nizamlanmasına nail olmağın vacibliyini bəyan edib. Rusiya buna yardım etməyə davam edəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu məsələ D.Medvedevin Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyanla görüşündə müzakirə edilib.

D.Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağda hadisələrin inkişafını narahatlıqla izləyib və gücü çatdığı qədər mövcud vəziyyətin həllinə kömək edib: "Əldə edilmiş atəşkəsin qorunması vacibdir".

D.Medvedev regionda daha möhkəm sülhə doğru addımları və Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanmasının vacibliyini qeyd edib: "Rusiya bu mürəkkəb münaqişənin həllinə kömək edib və edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti