...

Ağdamda "Qrad" qalıqları aşkar edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2016 13:39 (UTC +04:00)
ANAMA tərəfindən Ağdam rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat açıqlanıb.
Ağdamda "Qrad" qalıqları aşkar edilib (FOTO)

Bakı. Trend:

Bu gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Mərzili kəndində torpaq sahəsində 1 ədəd partlamış "Qrad" raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, 3 000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 7 Aprel-28 noyabr tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilmiş, 3 957 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 45 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti