...

BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2016 13:27 (UTC +04:00)
BQXK əməkdaşları Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.
BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

Bakı. Samir Əli - Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.

Trend-in məlumatına görə, komitənin nümayəndələri görüş zamanı D.Əsgərov və Ş.Quliyevə ailələrindən onlara, onlardan isə ailələrinə məlumatlar və məktub çatdırıblar.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti