...

Ötən ilin dekabrında zərərsizləşdirilən minaların sayı açıqlandı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2017 10:01 (UTC +04:00)

Bakı. Trend:

2016-cı ilin dekabr ayı ərzində 2 352 225 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

ANAMA-nın məlumatına görə, 1,068 ədəd PHS, 1 ədəd tank əleyhinə və 13 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 130 nəfər inzibati heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 393 832 826 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 754 010-dur.

Dekabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Tərtər, Göygöl, Qazax, Bakı şəhəri və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib. 2016-cı ilin dekabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti