...

Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2017 10:35 (UTC +04:00)
Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib.
Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib

Bakı. Trend:

Aprelin 24-də Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib.

Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, sənəddə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin XX əsrin tarixində baş vermiş ən faciəli münaqişələrdən biridir. Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının öz doğma yurdundan didərgin salındığı bildirilir və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilməsinə basmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanır.

Seyminin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin öldürülməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı verirlər.

Müraciətdə Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləndiyi qeyd edilir. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icra edilməsinin çağırışı ilə çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti