...

Ötən ay 418 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2017 12:59 (UTC +04:00)
İyun ayı ərzində 1 614 532 m2 (161.45 Ha) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Ötən ay 418 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı. Trend:

İyun ayı ərzində 1 614 532 m2 (161.45 Ha) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 418 ədəd PHS, 3 ədəd tank əleyhinə və 2 ədəd piyada əleyhinə mina (cəmi 432 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (Anama) məlumat verilib.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 136 nəfər inzibati heyət iştirak edib. Həmçinin, əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 404 013 293 m2 (40 401.33 Ha) ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 762 407-dir.

İyun ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə 102 Xidməti Zəng Mərkəzindən 3 müraciət, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 10 müraciət və Qazax Rayon İcra Hakimiyyətindən 1 müraciət daxil olub. İyun ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Gəncə, Goranboy, Tərtər, Qazax, Lənkəran rayonlarında, eləcə də Sumqayıt, Bakı şəhəri və Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Ötən ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti