...

Türkiyəli jurnalist: Azərbaycan və Türkiyə erməni təcavüzkarlığı faktlarını dünya ictimaiyyətinə birgə çatdırmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2017 10:48 (UTC +04:00)
Azərbaycan və Türkiyə erməni təcavüzkarlığı barədə faktları dünya ictimaiyyətinə birgə çatdırmalıdır
Türkiyəli jurnalist: Azərbaycan və Türkiyə erməni təcavüzkarlığı faktlarını dünya ictimaiyyətinə birgə çatdırmalıdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan və Türkiyə erməni təcavüzkarlığı barədə faktları dünya ictimaiyyətinə birgə çatdırmalıdır.

Bunu Trend-ə “Türkiye gazetesi” qəzetinin köşə yazarı Cem Küçük deyib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti erməni təcavüzkarlığına laqeydliklə yanaşır və bunun nəticəsində Azərbaycan əziyyət çəkir.

O qeyd edib ki, dünyada Ermənistanın maraqlarını təbliğ edən ölkələr var.

C.Küçük vurğulayıb ki, Ermənistan dinc azərbaycanlı və türklərə qarşı soyqırım həyata keçirib.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti