...

XİN: ABŞ konqresmenlərinin işğal olunmuş ərazilərə qanunsuz səfəri araşdırılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2017 16:55 (UTC +04:00)
ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.
XİN: ABŞ konqresmenlərinin işğal olunmuş ərazilərə qanunsuz səfəri araşdırılır

Bakı. Trend:

ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O, qeyd edib ki, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq: "Özünü ABŞ konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti