...

Avronest PA-nın komitə iclasında erməni deputat təxribata əl atıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2017 17:49 (UTC +04:00)
Azərbaycan parlament nümayəndə heyəti Avronest PA-nın növbəti sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevdə səfərdə olub.
Avronest PA-nın komitə iclasında erməni deputat təxribata əl atıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan parlament nümayəndə heyəti Avronest PA-nın növbəti sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevdə səfərdə olub.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlardan Məlahət İbrahimqızı, Rövşən Rzayev, Ağalar Vəliyev, Rauf Əliyev və Fərəc Quliyev daxil olublar.

Sessiya çərçivəsində Avronest Parlament Assambleyasının Siyasi məsələlər, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi və Sosial məsələlər komitələrinin iclasları keçirilib.

Sosial komitənin iclasında komitəyə həmsədrlik edən Məlahət İbrahimqızı və komitənin üzvü Fərəc Quliyev iştirak ediblər. M.İbrahimqızı cari il sentyabrın 22-də Milli Məclisdə keçirilmiş “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans barədə geniş məlumat verib.

Bu konfrans ilə bağlı digər iştirakçıları da öz xoş təəssüratlarını paylaşdılar və Azərbaycana təşəkkürlər etdilər. Lakin, Bakıda həmin konfransda iştirak etmiş erməni qadın deputat bu konfransın anti-erməni təbliğatına çevrildiyini iddia edib.

Buna cavab olaraq M.İbrahimqızı Ermənistandan qaçqın düşmüş azərbaycanlıların, xüsusən də qadınların bu qaçqınlığa görə çəkdikləri əziyyət barədə danışıb və qeyd edib ki, hər kəs bu konfransdan çox razı qaldı və bu razılıq bu gün burada da hər kəs tərəfindən ifadə olundu, üstəlik bütün nümayəndə heyətləri, o cümlədən, erməni nümayəndə heyəti Bakıdakı konfransda tam azad şəkildə öz fikirlərini ifadə edib və rahat iştirak ediblər.

Bunun ardınca isə Fərəc Quliyev ermənilərin işğalçılıq siyasəti ilə bağlı əsirlikdəki azərbaycanlı qadınların düşdüyü ağır vəziyyət və Zod qızıl mədənlərində zorla işlədilməsi barədə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti