...

İşçi qrupu: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün iş davam etdirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2017 13:10 (UTC +04:00)
Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub və bu iş davam etdirilir.
İşçi qrupu: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün iş davam etdirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub və bu iş davam etdirilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədovun sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına nail olunmayıb: "Ümid edirəm ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu məsələnin öhdəsindən gələ biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti