Bakı. Trend:
Polşa ATƏT regionundakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.
Trend-in məlumatına görə, bunu Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Polşanın xarici işlər nazirinin müavini Bartoş Çixotskiy deyib.
O bildirib: "Biz inanırıq ki, ATƏT münaqişənin həllində daha vacib rol oynamalıdır".