...

Ankarada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2018 10:16 (UTC +04:00)
Ankarada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Ankarada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə millət vəkilləri iştirak ediblər.

Səfir çıxışında bildirib: “Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Həmişə güclü olmağımız lazımdır və qardaş ölkə Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman Türkiyənin yanında olacaq”.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti