Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İzmit şəhərində Xocalı soyqırımının qurbanları anılacaq.
Trend-in məlumatına görə, faciənin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi fevralın 23-də keçiriləcək.
Qeyd edək ki, ötən ilin noyabrında İzmit şəhərində Xocalı soyqırımı ilə bağlı abidə kompleksi ucaldılıb. Abidənin üzərinə Azərbaycan və Türkiyə bayraqları həkk olunub, “Xocalını unutmayacağıq” sözləri yazılıb.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.