...

Misir mətbuatında Xocalı soyqırımından bəhs edən məqalə yerləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 10:50 (UTC +04:00)
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Misirin “alwasela.com” saytında “Xocalı Soyqırımı - XX əsrin faciəsi” sərlövhəli məqaləsi yayılıb.
Misir mətbuatında Xocalı soyqırımından bəhs edən məqalə yerləşdirilib

Bakı. Trend:

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Misirin “alwasela.com” saytında “Xocalı Soyqırımı - XX əsrin faciəsi” sərlövhəli məqaləsi yayılıb.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məqalədə ötən əsrin ən dəhşətli faciələrindən sayılan Xocalı soyqırımı ilə bağlı yerli oxuculara ətraflı məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinin sakinlərinə hücum edib. Məqalədə vurğulanıb ki, Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir: “Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqlarının məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətinə çata bilmədi”.

Daha sonra müəllif yazır ki, ermənilərin Xocalıya əsas marağı bu rayonun strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı Xankəndidən 12 kilometr şimal-şərqdə yerləşirdi və bölgədə yeganə aeroport Xocalıda idi.

Məqalədə ermənilərin yüz illərdir davam edən işğalçı siyasəti barədə də məlumat verən Seymur Nəsirov sonda beynəlxalq ictimaiyyəti bu siyasəti durdurmağa, Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıb.

http://www.alwasela.com/184044/preview

Məqalədə:
Xəbər lenti

Xəbər lenti