...

Bolqarıstan erməniləri Ermənistanın Azərbaycana təcavüzü barədə veriliş hazırlayan jurnalistə və televiziyaya qarşı hücuma keçiblər (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2018 18:52 (UTC +04:00)
Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş material yayımlanıb.
Bolqarıstan erməniləri Ermənistanın Azərbaycana təcavüzü barədə veriliş hazırlayan jurnalistə və televiziyaya qarşı hücuma keçiblər (VİDEO)

Bakı. Trend:

Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş material yayımlanıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.

Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan televiziyası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.

Təxminən 13 dəqiqəlik reportajda cəbhə bölgəsində yerləşən Tərtərin Şıxarx kəndinin necə ermənilər tərəfindən viran qoyulduğu deyilir. İşğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş azərbaycanlılar ailə üzvlərinin erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilməsindən danışırlar. Reportajda həmçinin təmas xəttində olan jurnalist Azərbaycan hərbçilərinin döyüş əzmindən, ordunun hazırlığından geniş məlumat verir.

Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti