...

Azərbaycan XİN: Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə qanunsuz səfəri ilə bağlı tədbir görməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2018 13:36 (UTC +04:00)
Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə qanunsuz səfəri ilə bağlı tədbir görməlidir.
Azərbaycan XİN: Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə qanunsuz səfəri ilə bağlı tədbir görməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın bir sıra bələdiyyə başçıları və üzvlərinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsinə münasibət bildirib.

Trend-in məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyindən Dağlıq Qarabağı ayrı dövlət kimi tanımadıqlarını bildiriblər.

E.Məmmədyarov Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda Fransa səfiri ilə görüşdüyünü deyib:

"Səfirə də bildirdim ki, əgər kimsə müəyyən tapşırıqlardan imtina edirsə, Fransa hökuməti öz tərəfindən müvafiq tədbir görsün. Diplomat isə vurğuladı ki, bu məsələ ilə bağlı məlumatları Parisə göndərəcək və cavabı Azərbaycan tərəfinə təqdim edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti