Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Regnum” informasiya agentliyinə cavab verib

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Regnum” informasiya agentliyinə cavab verib

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyi “Regnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerovun atəşkəsin 25 illiyi ilə bağlı səsləndirdiyi fikirlərinə dair bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir:

"Rusiyada fəaliyyət göstərən və mütəmadi şəkildə Azərbaycanın əleyhinə yönəlmiş qərəzli və ermənipərəst mövqeyi ilə seçilən “Regnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerovun atəşkəsin 25 illiyinə həsr edilmiş Нагорный Карабах: право на "достойное государственное существование" (Dağlıq Qarabağ: "layiqli dövlət mövcudluğu") başlıqlı “tezisləri” eyni adlı saytda dərc edilmişdir.

Modest Kolerovun “tezislərini” nəzərdən keçirdikdə, bu şəxsin əvvəlcədən sərgilədiyi qərəzli mövqe və Ermənistan-Azərbaycan münaqişəsinə dair göstərdiyi naşı münasibət təəccüb doğurmur. Kolerov “layiqli insan mövcudluğu” tezisindən söhbət açaraq, bu abstrakt fikrini Dağlıq Qarabağ problemi ilə əlaqələndirməyə cəhd göstərir. O iddia edir ki, qondarma “dağlıq qarabağ respublikası”nın “müstəqillik hüququnun” reallaşdırılması üçün onun “layiqli dövlətçiliyinin mövcudluğu” təmin edilməlidir. Özünü informasiya agentliyinin baş redaktoru kimi təqdim edən şəxsə xatırladırıq ki, “Dağlıq Qarabağ respublikası” adlanan qondarma qanunsuz qurumun mövcudluğunun heç bir tarixi, hüquqi və ya digər əsasları yoxdur ki, onun “qorunması və ya təmin edilməsi” ətrafında hər hansı abstrakt müzakirələr aparıla bilsin.

“Layiqli insan mövcudluğu və dövlətçilik” ideyasından dəm vuran Kolerov, Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz torpaqlarından qovulmuş və etnik təmizləməyə məruz qalmış yüzminlərlə azərbaycanlının layiqli insan kimi yaşamaq və mövcud olmaq hüquqlarını məgər görmür?! Kolerov özünü əgər bu qədər ağıllı hesab edərək “insanın ləyaqətli mövcudluğu”na qayğı ilə yanaşdığını göstərmək istəyirsə, onun məhdud çərçivədən kənara çıxaraq daha geniş düşünməsi mümkün olmazdımı?! Yersiz və populist arqumentlər irəli sürən və öz fikirlərinə “ləyaqətli yaşam” tezisləri ilə məsum “donu geyindirməyə” çalışan Kolerov, əslində Ermənistanın təcavüzkar siyasətinə bəraət qazandırmağa cəhd edir. Kolerovun bu “cəhdləri” əslində münaqişə haqqında məlumatı olmayan oxucunu aldatmağa yönəlmişdir. Ancaq, regionu tanıyan və Ermənistan-Azərbaycan münaqişəsi haqqında minimum məlumata malik olan şəxs üçün erməniprərəst müəllifin cəfəng fikirləri istehza doğurur.

Çox təəcüblüdür ki, “baş redaktor” olan bir kəs beynəlxalq hüquq, ölkələrin suverenliyi, beynəlxalq tanınmış sərhədləri, ərazi bütövlüyü, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn qəbul edilmiş norma və prinsiplərini dərk edə bilməmişdir. BMT Təhlükəsizlik Şurası və digər mötəbər beynəlxalq təşkilatların Ernənistan-Azərbaycan münaqişəsi haqqında qəbul etdikləri qətnamə və sənədlərini anlamayan şəxsin hansısa “ləyaqət”dən danışması gülüncdür.

Müəllifin digər məntiqsiz bir arqumenti “dağlıq qarabağ respublikasının mövcudluğu” ilə Ermənistanın taleyini müqayisə etməsi və “dqr”-in olmayacağı təqdirdə, Ermənistanın məhvə düçar olacağını iddia etməsidir. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə Ermənistanın taleyi arasında əlaqə axtarmaq, heç bir əsası olmayan populist bir fikirdən başqa heç nə deyil. Ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi nəinki Ermənistana təhdid yaratmaz, əksinə, bu ölkənin Azərbaycanla əməkdaşlıq imkanlarından yararlanaraq daha güclü və dayanıqlı inkişaf etməsinə səbəb olardı. Məgər bunu başa düşmək çox çətindir?!

Kolerovun bu fikirləri məhz Ermənistana xələl gətirir və onun gələcək inkişafına maneə yaradır. Azərbaycanın heç kimin topaqlarında gözü yoxdur, ölkəmiz təcavüzkar və işğalçı Ermənistan ordusunun işğal etdiyi ərazilərdən çıxarılmasını tələb edir.

Bəyan etmək istərdik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ləyaqətli şəkildə mövcudluğu və yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin bərpası və işğalçı Ermənistan qüvvələrinin oradan çıxarılmasından keçir. Hər iki icmanın qeyd olunan şərtlər daxilində birgə yaşayışının yenidən təmin edilməsi ilə Modest Kolerov kimilərinin təxribatçı və manipulyativ xarakterli fikirlərinin yayılmasına imkan olmayacaq.

Biz bir daha Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına səslənir və səsimizə səs verməyə çağırırıq. Zaman göstərdi ki, keçən 30 il Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına problemlər, iqtisadi durğunluq, ləyaqətli insan yaşayışından məhrum olmaq və fəlakətdən başqa heç nə bəxş etmədi.

Hər iki icmanın firəvan və ləyaqətli gələcəyi naminə qeyd etdiklərimizi dərk etməyin vaxtı çoxdan yetişib!"

Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusa daha 2 472 nəfər yoluxub
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezident İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 52 104 nəfər sağalıb
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" yarımfinalda
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Müqəddəs Ramazan ayı başladı
Ərazilərin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir - ATƏT-in Minsk Qrupu
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub (VİDEO)
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Azərbaycan XİN Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistan XİN-in bəyanatına cavab verdi
Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq
Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib (FOTO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib (FOTO/VİDEO)
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza (VİDEO)
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir - Deputat
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)
Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)
Aprelin 14-nə USD/AZN rəsmi məzənnəsi
Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Rinoplastika haqqında bilməli olduqlarınız
Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov (FOTO/VİDEO)
Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur - Vüqar Rəhimzadə
Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin qayğısı ən yüksək səviyyədədir - Deputat
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb
Prezident İlham Əliyev: Ermənilər bizi yaxşı tanımayıblar, elə bilirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar
170-dən çox jurnalist peyvənd olunub
Astarada kartof yükündən 213 kiloqramdan artıq heroin çıxdı (FOTO/VİDEO)
Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi (FOTO)
Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru “İslah və təcdid” kitabının təqdimat mərasimində iştirak edib (FOTO)
Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb (FOTO)
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Bütün xəbərlər