Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

Bakı. Elçin Mehdiyev – Trend:

Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.

Mərkəzdən Trend-ə daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlər Təşkilatı 22 avqustu din və etiqad zəminində zorakılıq aktları qurbanlarının Anım Günü olaraq təsis edib: "İstənilən zəmində və müstəvidə baş verən zorakılıq hallarını qətiyyətlə pisləyərək, din və etiqad mənsubiyyəti əsnasında zorakılıqla üzləşən insanlara dəstək olur, onlarla həmrəyliyimizi bildiririk. Dini mənsubiyyət və etiqadına görə insanların bu və ya digər zorakılıq halları ilə qarşılaşmasını önləmək, qarşısını qətiyyətlə almaq məramı ilə dünyanın siyasi, ictimai, elmi və dini institutları ilə əməkdaşlıq etməyə, səylərimizi birləşdirməyə hazır olduğumuzu bəyan edirik".

Bəyanatda qeyd olunur ki, XXI əsrdə dini etiqada görə zorakılığa məruz qalma təhlükəsi sivil dünyaya başıucalığı gətirmir. Təbii insan haqlarından olan din, etiqad azadlığının təmin olunması olduqca mühümdür. Bu sahədə hər hansı zor, təhdid qətiyyən yolverilməzdir: "Biz insanların məscidlərdə, kilsələrdə, sinaqoqlarda, digər dini məbədlərdə ibadət zamanı terror edilməsi kimi hallar ikrah və hiddət doğurur. Misirdə qibti zəvvarlara təcavüz, Fələstin, Suriya, Əfqanıstan, Liviyadakı durum, Yeni Zelandiya, Şri-Lanka, Pitsburqda və digər yerlərdə dini məbədlərdə törədilən mənfur terror hadisələri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir.

Biz din və etiqad zəminində zorakılıq aktları qurbanlarını yad edərkən, bir məqamı nəzərdən qaçırmamalıyıq ki, bu hallar insan qırğını ilə yanaşı, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunur. Belə zorakılıq aktları insanlara fiziki zərbə ilə yanaşı, mənəvi zərbələr vurur, minilliklər ərzində formalaşmış dini-mənəvi irs abidələrini məhv etmək, mədəni ənənələri aradan qaldırmaq kimi məkrli niyyət güdür. Beləliklə, məhv edilən dini-mənəvi abidələr də din və etiqad zəminində zorakılıq aktlarınıın qurbanları kimi nəzərdən keçirilməlidir".

Bəyanatda vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş əzəli Azərbaycan torpaqlarında xalqımızın məhv edilən, siması dəyişdirilən dini mənəviyyat abidələri belə bir vandal münasibətlə üzləşib.

"Təəssüflər olsun ki, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlər çox vaxt nəzərə alınmır ki, bu da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açır. Məsələn, Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilir ki, bu da din və etiqad zəminində zorakılıq aktı kimi səciyyələndirilə bilər", - deyə bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, sülh və ədalətin təmininə xidmət edən dəyərlər sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlər önəmli yer tutur: "Bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac var. Bu baxımdan, bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsi vacibdir.

Bütün dinlər zor və şiddətə yox deyir. Biz, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzinin üzləri dünyanın bütün siyasi və dini liderlərinə müraciət edərək, sülhün, sabitliyin qorunması naminə səylərini artırmağa, bu yolda dinlər, mədəniyyətlər arası əməkdaşlığın imkanlarından bəhrələnməyə çağırırıq. Bütün bu təzahürlərin aradan qaldırılması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığını vacib sayırıq".

Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini dayandırır
Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini dayandırır
Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb
Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb
Çindən kənarda koronavirusa yoluxanların sayı 2918 nəfərə çatıb
Çindən kənarda koronavirusa yoluxanların sayı 2918 nəfərə çatıb
Loading Bars
Xəbər lenti
Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini dayandırır
Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb
Çindən kənarda koronavirusa yoluxanların sayı 2918 nəfərə çatıb
Tramp: Miluokidə baş verən atışmada 5 nəfər ölüb
"Brent" markalı neftin qiyməti 53 dollardan aşağı düşüb
Göyçayda birmərtəbəli ev yanıb
Türkiyə və Rusiya Ankarada İdlibi müzakirə ediblər
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib (FOTO)
Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib
Çempionlar Liqası: "Lion" və "Mançester Siti" qələbə qazanıblar
Suriya ordusunun hava zərbəsi nəticəsində 2 Türkiyə həbçisi həlak olub
Daha bir ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb
Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bədii proqram təqdim olunub (FOTO)
Gəncədə top mərmisi tapılıb (FOTO)
Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşdi
Bakı Konqres Mərkəzində Xocalı faciəsinin ildönümü münasibəti ilə “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib (FOTO)
Pakistanda da yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı
Moskvada Xocalı faciəsinin ildönümü qeyd olunub (FOTO)
İnternat məktəblərində qanuna uyğun psixoloji yardım həyata keçiriləcək
Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb
Xocalı soyqırımı ilə əlaqədar Efiopiyanın Milli Liderlik İnstitutunda açıq mühazirə keçirilib (FOTO)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır
İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb
İstiliklə bağlı payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası təsdiqləndi
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
TRACECA bu il üçün planlar və yeni həllərin tətbiqi barədə
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
Məktəblərdə tədris ilinin müddəti təsdiq edilib
Pensiyaçılar üçün bu xidmət pulsuz oldu
Ombudsman Aparatının nümayəndələri FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baş çəkiblər
Qaradağda 3 avtomobil toqquşub - Ölən var
Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir (FOTO)
Koronavirusla doğulmuş körpə 17 günə dərmansız sağaldı
Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyə keçməkdədir
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
DİN və Baş Prokurorluq Masallıdakı qətllə bağlı məlumat yayıb
“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib
Ombudsman Aparatının əməkdaşları Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkiblər
Xocalı faciəsi ilə bağlı İKT-lab və Dövlət Komitəsi maarifləndirici tədbir keçirib (FOTO)
Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümü anılıb (FOTO)
Region gənclərimiz Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar (FOTO)
Məhərrəm Əliyev: Türkiyə və Azərbaycan arasında hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Ramiz Həsənov: Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur (FOTO)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Prezident İlham Əliyev: Trampın fəal təmasları və iştirakı "Cənub Qaz Dəhlizi" ilə bağlı əvvəllər üzləşdiyimiz çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu
Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib
“Nargis” Fondu Xocalı soyqırımının qurbanlarının xatirəsinə layihə təqdim edir (VİDEO)
Rusiyanın Serov şəhərində Xocalı faciəsi anılıb (FOTO)
Sərhədi qanunsuz keçmək istəyən şəxs saxlanılıb (FOTO)
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır (FOTO)
Səfir: İsrail Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanıb
Fevralın 27-nə manatın məzənnəsi
Masallıda 3 nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir
Bakı və Abşeronda toz dumanı normadan çoxdur
Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının anım tədbiri keçirilib
Binəqədidə qənnadı sexlərinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Masallıda 32 yaşlı kişi 3 nəfəri güllələdi və özünü də vurdu - ADLAR
Müdafiə Nazirliyi: Türkiyə Xocalı faciəsinin günahkarlarını unutmayacaq
BŞİH mitinqlə bağlı müraciətə cavab verib
Apteklərdən soyğunçuluq edən şəxs saxlanılıb
Diaspor könüllüləri xarici deputatlara müraciət ünvanlayıb (FOTO)
İranda koronavirusla əlaqədar 24 nəfər saxlanılıb
Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinə şahidlik edəcəklər - Hikmət Babaoğlu
Mərkəzi Bank 100 milyon manat cəlb edib
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan satıcılar cərimələnib
Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat verib
Ağdamda evdən 27 min dollardan artıq pul oğurlanıb
“Qobu Park”da Xocalı soyqırımı qurbanlarının xatirəsi belə anıldı (VİDEO)
İranın 243 kəndi ilə əlaqə kəsilib
Koronavirusla bağlı Cəlilabad xəstəxanasına yerləşdirilənlərin sayı 52 nəfərə çatdı
Aİİ-də ilk dərslər Xocalı soyqırımına həsr olunub (FOTO)
Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcından xəbər verir - Politoloq
Saatlıda piyadanı vurub qaçan sürücü saxlanıldı
Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü
Türkiyə-Azərbaycan birliyi regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir - Bəxtiyar Əliyev
Nazirlik ağac kəsən şirkətə 50 min manatlıq iddia qaldırdı
İƏT baş katibi Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı bəyanat yayıb
Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edildi (FOTO)
Məktəblərdə Xocalı soyqırımına dair silsilə tədbirlər keçirilib (FOTO)
İranda daha 4 nəfər koronavirusun qurbanı oldu - RƏSMİ
Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar
Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb
Zərdabda bir ev tamamilə yanıb
Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu
“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Sabahın 17 dərəcə isti olacaq
Nazir: Türkiyədə koronavirusa yoluxanlar yoxdur
Xətaidə yol qəzası: Piyada hadisə yerində öldü
Xocalı faciəsi ermənilərin zalımlığının və vəhşiliyinin təsdiqlərindən biridir
Rezidenturaya sənəd qəbulu sabah başa çatır
Qeyri-formal məşğulluğun qarşısının alınması üçün görüləcək işlər açıqlandı
Tanınmış pianoçu Adilə Əliyevanın ustad dərsləri keçiriləcək
Xələf Xələfov: Xocalıda törədilən cinayətlər tam sübuta yetirilib
Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Baş Prokurorluqda növbəti kadr dəyişikliyi olub
Bütün xəbərlər