...

Arzu Nağıyev ermənilərin Tovuz istiqamətində təxribat törətməkdə məqsədləri ilə bağlı Türkiyənin “Yeni Şafak” qəzetinə müsahibə verib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyul 2020 12:10 (UTC +04:00)
Arzu Nağıyev ermənilərin Tovuz istiqamətində təxribat törətməkdə məqsədləri ilə bağlı Türkiyənin “Yeni Şafak” qəzetinə müsahibə verib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistan-Azərbaycan sərhədində, Tovuz istiqamətində baş vermiş erməni təxribatı ilə bağlı Türkiyənin nüfuzlu “Yeni Şafak” qəzetinə müsahibə verib.

Trend-in məlumatına görə, Türkiyənin “Yeni Şafak” qəzetinə müsahibəsində erməni təxribatı ilə bağlı həqiqətləri açıqlayan A.Nağıyev Ermənistan qoşunlarının son iki gün ərzində atəşkəsi 105 dəfə pozduğunu bildirib.

Millət vəkili bildirib ki, Tovuz Azərbaycan-Ermənistan sərhədinin 69 kilometrini təşkil edir və çox strateji nöqtədə yerləşir:

“Bu ərazidə Əlibəyli, Ağdam kimi, eləcə də dağlıq bölgədə yerləşən kəndlər var. 90-cı illərdən etibarən bu bölgə Azərbaycan ordusu tərəfindən qorunur. Bölgədəki təpələr o qədər yüksəkdir ki, buradan 25 kilometrlik ərazi müşahidə olunur. Tovuz çox strateji mövqedə olduğu üçün, ermənilər buranı ələ keçirməyə çalışır. Bakı-Tbilisi-Qars dəmir yolu, enerji xətləri bu ərazidən keçir. Ermənilər buranı vurmaqla risk etmək istəmir, onlar burada nəzarəti təmin etmək istəyir. Son döyüşlərdə bu, mümkün olmadı. Azərbaycan ordusu erməniləri geri oturtdu”.

A.Nağıyev müsahibəsində Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Ermənistanın yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da toxunub:

“Ermənilər atəş açarkən azərbaycanlıların cavab verəcəyini bilir. Təşkilatın üzvləri sərhədə müdaxilə olduğu zaman atəş açmaq haqqına malikdir. Ermənistan bu oyuna Rusiyanı da daxil etməyə çalışır. Bütün səylər bununla bağlıdır. Ermənistanda bir çox daxili problemlər yaşanır, Paşinyan verdiyi vədləri yerinə yetirməyib. Buna görə də xalqı müharibəyə yönəltməklə verdiyi vədləri unutdurmağa çalışır”.

Milli Məclisin deputatı Arzu Nağıyevin Türkiyənin “Yeni Şafak” qəzətinə müsahibəsi ilə buradan tanış ola bilərsiniz - https://www.yenisafak.com/gundem/ermenistanin-hedefi-stratejik-tepeler-3550925

Məqalədə:
Xəbər lenti

Xəbər lenti