...

Rusiyalı analitik: Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbəsi Ermənistanın aşkar nasist rejiminin qanunauyğun mahiyyətidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2020 14:35 (UTC +04:00)
Rusiyalı analitik: Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbəsi Ermənistanın aşkar nasist rejiminin qanunauyğun mahiyyətidir

Bakı. Trend:

Ermənistan ordusunun bazar günü səhər Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbəsi istər-istəməz 22 iyun 1941-ci ili, Hitler Almaniyasının Sovet İttifaqına müharibə elan etmədən hücumunu xatırladır.

Trend-in məlumatına görə, bunu rusiyalı analitik Oleq Kuznetsov öz "Facebook" səhifəsində yazıb:

Onun sözlərinə görə, nasist Qaregin Njdenin ideya davamçılarından başqa cür addım gözləməyə dəyməz:

"Tarix göstərir ki, nasiszm və faşizm hansı milli zəmində formalaşmasından asılı olmayaraq hər yerdə nifrət, aqressiya və müharibə yolu axtarır. Sentyabrın 28-i 2020-ci ildə bazar günü səhər baş verən hadisələr gec-tez baş olmalı idi, çünki bu, müasir Ermənistanda illərlə formalaşan aşkar nasist rejiminin qanunauyğun mahiyyətidir. Azərbaycan öz ərazisində, ərazi bütövlüyü uğrunda müharibə aparmağa məcburdur, bu, ədalətli və düzgün müharibədir. Ümid edirəm ki, ölkənin ən yeni tarixinə bu müharibə "Azadlıq" və ya "Vətən" müharibəsi adı ilə daxil olacaq. Mən Azərbaycan silahına qələbə və Azərbaycan xalqına rəşadət arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti