...

Türkiyə Prezident Administrasiyası: Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2020 10:23 (UTC +04:00)
Türkiyə Prezident Administrasiyası: Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir

Bakı. Trend:

Hələ ki gec deyil, Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Azərbaycanın bütün tələblərinin qəbul olunması ilk növbədə erməni xalqının xeyrinədir:

“Azərbaycan Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməklə beynəlxalq hüquqa əməl edir”.

Administrasiyadan bildiriblər ki, Ermənistan rəhbərliyi cəzasızlıq və dünya ictimaiyyətinin susqunluğuna arxalanaraq öz xalqını məhv edir:

“Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, dinc sakinlərlə döyüşmür. Amma Ermənistan qoşunları Azərbaycanın dinc əhalisini artilleriya atəşinə tutur ki, bu da hərbi cinayətdir”.

O da qeyd olunub ki, Türkiyə dünya ictimaiyyətini öz ərazisində azadlıq mübarizəsi aparan Azərbaycana qarşı ikili standartların tətbiqini dayandırmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti