...

Deputat: Ermənistanın özbaşınalığı atəşkəs razılaşmasını əhəmiyyətsiz edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2020 17:10 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Müvəqqəti humanitar atəşkəs o demək deyil ki, ermənilər bizim mövqelərimizi və dinc əhalimizi atəşə tutmalıdır. Biz, bütün razılaşmalara sadiqlik göstəririk. Amma qarşı tərəfin özbaşınalıq törətməsi imzalanmış razılaşmanı əhəmiyyətsiz edir. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Gəncəyə atılmış raket nəticəsində bir gecədə 9 mülkü insanın ölməsi və 30-dan çox şəxsin yaralanması erməni ilə razılaşmaların mümkün olmadığını göstərir:

"Terrorçu və vandallarla stol arxasında oturmaq yox, onları məhv etmək istiqamətində əməliyyatlar davam etdirilməlidir. Ordumuzun gücü qarşısında düşmən diz çökməlidir. Biz onların yenidən özünə gəlməyinə imkan verməməliyik. Biz nə qədər humanist olsaq, düşmən o qədər qızışır. Biz düşmənə başını qaldırmağa, nəfəs almağa imkan verməməliyik.

Biz xalq olaraq hamılıqla Ali Baş Komandanın ətrafında sıx birləşib, hər zaman silaha sarılmağa hazır olmalıyıq ki, ermənilərin bu vandal və terror hərəkətlərinə son qoyulmasına səfərbər olaq. Xalqımızda möhkəm iradə və qələbə əzmi var. İşğalçı qoşunların sonuncu terrorçusu məhv olunana qədər hücum əməliyyatlarımızı davam etdirməliyik. Qələbə bizimlədir!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti