Bakı. Trend:
Azərbaycan ordusu Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparmaqdadır.
Orduya dəstək məqsədilə yaradılmış Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna MELISSA ŞİRKƏTLƏR QRUPU ( “Melissa Group” , “Performance Center” və “Collezione Italia” ) tərəfindən 100 000 AZN məbləğində dəstək göstərilib.
İanədən əlavə olaraq Melissa Group şirkəti vətənpərvərlik ruhunun yüksəldilməsi və hərkəsin mənəvi borcunu yerinə yetirməsi üçün “EVİMİZƏ DÖNÜRÜK” sosial aktivliyini reallaşdırmaqdadır. Aktivliyin daxilində şirkət əməkdaşları və sakinləri ilə birlikdə cəbhəyə yardım koordinasiyasında iştirak edir, səfərbərliyə cəlb olunan sakinlərin kommunal ödənişlərini silir, döyüşdə iştirak edən əməkdaşlarının ailələrinə maddi və mənəvi dəstəyini əsirgəmir.
Şirkət eyni zamansda müharibə şaraitində vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində stratejı planlamasının tərkib hissəsi olan Evimizə Dönürük loqosunu təqdim edmişdir.
Loqoda illərdir işğal altında olan tarixi Azərbaycan torpağları, Qarabağın xəritəsi və Qarabağın simvoluna çevrilmiş Qarabağ atı əks olunmuşdur. Atın üzərindəki sərkərdə bütün bu dönəmlərdə işğal altında olan torpaqların azad edilmə uğrunda savaşan qəhrəmanlarını simvolizə edir. Loqoda yerləşdirilən «Qarabağ Azərbaycandır» sitatı və «!» işarəsi isə Ali Baş Komandan İlham Əliyevin sözlərindən ilhamlanaraq özünü əks etdirmişdir.
Qeyd edək ki, Melissa Group şirkəti daha əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yüzlərlə ağacın əkilməsində vasitəçi olaraq “Yaşıllığı Sevirəm” sosial aktivliyini, SOS uşaq kəndlərində yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək aktivliyi olan “Xəyalların Təbəssümü” sosial aktivliyini və koronavirus pandemiyası dövründə “Ümidini İtirmə” sosial aktivliklərini də həyata keçirmişdir.