...

Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2020 11:53 (UTC +04:00)
Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr

Bakı. Trend:

Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yenidən yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır.

Trend-in “Vestnik Kavkaza” nəşrinə istinadən məlumatına görə, bu barədə nüfuzlu mənbələr bildirib.

Qeyd olunub ki, Azərbaycan İranla həmsərhəd rayonlarda nəzarəti ələ keçirməklə Ermənistanı raket-artilleriya zərbələrindən imtina etməyə vadar edib:

“Çünki İran ərazisinə yanlışlıqla mərmilərin düşməsi Tehran tərəfdən dərhal cavabın verilməsinə gətirib çıxaracaq. Bu isə Ermənistan ordusu üçün çox ciddi fəsadlar yarada bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti