...

Ermənistan prezidenti Rusiya televiziyasına müsahibədə faktları saxtalaşdırıb - Leyla Abdullayeva

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2020 12:11 (UTC +04:00)
Ermənistan prezidenti Rusiya televiziyasına müsahibədə faktları saxtalaşdırıb - Leyla Abdullayeva

Bakı. Trend:

Ermənistan prezidenti Rusiyanın "RBK" telekanalına müsahibəsində faktları saxtalaşdırıb.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, erməni prezidenti Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb:

"Onun sözlərinə görə, 1980-ci illərin sonlarında Azərbaycanı 1 milyondan çox erməni tərk edib. Fakt isə ondan ibarətdir ki, 1989-cu ildə keçirilmiş siyahıyaalmaya əsasən, Azərbaycanda 390 505 erməni yaşayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti