...

Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2020 08:03 (UTC +04:00)
Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib - Müdafiə Nazirliyi

Bakı. Trend:

Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti