Bakı. Trend:
Rusiya Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik tənzimlənməsi üçün mümkün səyləri həyata keçirir.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə tənzimlənməsi üçün mümkün olan bütün səyləri həyata keçirir”.