Bakı. Samir Əli - Trend:
Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdaram, torpaqlarımızı işğaldan azad edən Azərbaycan əsgərinin əllərindən öpürəm.
Bunu Trend-ə açıqlamasında şəhid Əhməd Məmmədovun bacısı, Laçın rayonundan olan məcburi köçkün Südabə Əhmədova deyib.
O bildirib ki, Azərbaycanın Ali Baş Komandanının qətiyyəti sayəsində Azərbaycan torpaqları işğaldan azad olundu: " Bizə bu sevinci yaşadanlar var olsun. Azərbaycan Prezidenti, Azərbaycan Ordusu bizə bu qələbəni yaşatdı, qardaşımın ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaşasın Azərbaycan xalqı, var olsun millətimiz. Bütün Azərbaycanın gözü aydın olsun!"