...

Suqovuşan və Talış kəndlərində inspektorlar təyin edilib, xidməti post qurulub - DİN (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2020 13:28 (UTC +04:00)
Suqovuşan və Talış kəndlərində inspektorlar təyin edilib, xidməti post qurulub - DİN (FOTO)

Bakı. Samir Əli - Trend:

Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN-in Mətbuat Xidmtətinin Bərdə regional qrupundan Trend-ə bildiriblər ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib.

Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti