...

Türkiyə hərbçiləri Qarabağda monitorinq üçün Azərbaycana yola düşdü - Hulusi Akar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Dekabr 2020 02:09 (UTC +04:00)

Bakı. Trend:

Dağlıq Qarabağ üzrə Birgə Monitorinq Mərkəzində iştirakına cəlb olunan Türkiyə hərbçiləri Azərbaycana yola düşüblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Yaşar Gülər ​​və qoşun növləri komandirlərinin iştirakı ilə videokonfrans formatında keçən ilin yekunlarına həsr olunmuş iclasda Cənubi Qafqazdakı vəziyyətə toxundu.

H.Akar Birgə Monitorinq Mərkəzi yaradılması üzrə Memorandumun Rusiya tərəfi ilə bu il 9 Noyabrda imzalandığını xatırladıb.

H.Akar bildirib ki, Azərbaycanda olan Türkiyə hərbçiləri Birgə Mərkəzdə işlərin başlanmasını gözləyirlər.

Onun sözlərinə görə, Atəşkəs Rejiminə Nəzarət Mərkəzinin inşası başa çatdıqdan sonra və fəaliyyətə başlayan kimi Türkiyə Silahlı Qüvvələrinin bir general, 35 zabiti vəzifələrini icra edəcəklər.

Nazir vurğulayıb ki, Ankara qardaş Azərbaycanı dəstəkləmək üçün əlindən gələni edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti