Oktyabrın 9-da mərhum əsgər Məmmədov Niyaməddin Əjdər oğlunun cənazəsi Şəmkir rayonunda yaşayan ailəsinə verilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Niyaməddin Məmmədov 2004-cü ilin oktyabr ayında Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Ağdamdakı N saylı hərbi hissədə sıravi əsgər kimi qulluq edib. Oktyabrın 9-da saat 19.00 radələrində ermənilərin Ağdam istiqamətindəki mövqelərimizi atəşə tutması nəticəsində güllə yarası alaraq həlak olub.