...

QAT həmsədrlərin Azərbaycana səfərlərinin qarşısını almağa cəhd göstərəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2005 16:30 (UTC +04:00)

"Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərlərinə mane olacaq". Bu barədə Trend ə QAT sədri Akif Nağı bildirib.

Qeyd edək ki, həmsədrlərin Azərbaycana səfərləri dekabrın ortalarında nəzərdə tutulub.

A.Nağı bildirib ki, təşkilat tərəfindən Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib: "Bu qrupun fəaliyyəti Ermənistanın xeyrinə işləyir. Qrupa daxil olan həmsədrlərin təmsil etdikləri dövlətlər Dağlıq Qarabağ probleminin həllində maraqlı deyillər. Ona görə də fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul etmişik".

A.Nağı həmsədrlərin Azərbaycana səfərlərinin qarşısını almaqdan ötrü hansı mübarizə üsullarının seçəcəkləri barədə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti