...

Fransada və Almaniyada ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklərini əks etdirən foto sərgilər keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2005 17:51 (UTC +04:00)

"Azərbaycan Naminə Hərəkatın (ANH) Türkiyədəki təmsilçisi Naqif Həmzə
ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri əks etdirən foto sərgini təşkil etmək üçün Fransadadır". Bu barədə Trend ə ANH-nin xarici əlaqələr üzrə koordinatoru Əsli Xəlilqızı bildirib.

Qeyd edək ki, ANH "Qarabağ" Ümumdünya Etiraz Aksiyaları çərçivəsində dünyanın 20 ölkəsində aksiyalar keçirməyi planlaşdırıb. İlk aksiya dekabrın 10-da Fransanın paytaxtı Parisdə məlum foto sərginin keçirilməsi ilə başlayacaq.

Ə. Xəlilqızı bildirib ki, Parisin üç yerində belə foto sərgi planlaşdırılıb: "Təmsilçimizə erməni vəhşiliklərini əks etdirən ingilis dilində nəşr olunan "Erməni vandalizmi" və "Uşaqların göz yaşları və ya çəpər arxasında qaçqın düşərgələri" kitabları, 40-a yaxın şəkil göndərilib".

ANH rəsmisi onu da qeyd edib ki, Parisdən sonra dekabrın 11-13-ü arasında Almaniyada belə foto sərgi keçiriləcək: "Naqif Həmzə dekabrın 14-də Türkiyəyə qayıdacaq. Burada isə başqa tədbirlər düzənləyəcək".

Xəbər lenti

Xəbər lenti