...

Qara dəniz-Cənubi Qafqaz regionunda münaqişələrlə bağlı məsələyə BMT Baş Assambleyasında baxılmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2005 11:46 (UTC +04:00)

BMT Baş Assambleyasının işinin təşkilinə görə məsuliyyət daşıyan Baş Komitə Qara dəniz-Cənubi Qafqaz regionunda uzanan münaqişələr və onların beynəlxalq aləmdə nəticələri haqqında yeni bəndin təşkilatın 60-cı sessiyasına daxil edilməsi ilə bağlı GUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) xahişini qəbul etməyib. Bu barədə Trend ə BMT-nin Xəbərlər mərkəzindən məlum olub.

Baş komitənin 28 üzvündən yalnız 3-ü - Azərbaycan, Böyük Britaniya və ABŞ bu təklifin lehinə, komitənin 5 üzvü - Rusiya, Ermənistan, Anqola, Myanma və Venesuela isə əleyhinə səs verib. Baş Komitə Baş Assambleyanın sədrindən, onun 21 müavinindən və baş komitələrin rəhbərlərindən ibarətdir.

GUAM üzvləri hesab edir ki, Qara dəniz-Cənubi Qafqaz regionunda uzanan münaqişələrin həllində beynəlxalq vasitəçilik heç bir nəticə verməyib. Buna görə də onlar bu məsələyə BMT Baş Assambleyanın 60-cı sessiyasında baxılmasını təklif edib. Moldovanın şərq rayonlarında, Abxaziya və Tsxinvali rayonunda, Cənubi Osetiya və Dağlıq Qarabağda davam edən münaqişələr beynəlxalq aləm, BMT-yə üzv olan hər üç dövlətin müstəqilliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, Baş komitə gündəliyin təsdiqlənməsi, məsələlərin komitələr üzrə bölüşdürülməsi və Assambleyanın işinin təşkili ilə bağlı tövsiyyələri Baş Assambleyaya təqdim edir.

Xəbər lenti

Xəbər lenti