...

Araz Əzimov: Azərbaycanın danışıqlar prosesində iştirakı məsələsi Ermənistanla səmərəli dialoqdan asılıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2006 17:46 (UTC +04:00)

Azərbaycan Dağlıq Qarabağ probleminin nizama salınması üzrə dialoqun davam etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək, amma qarşı tərəf bilməlidir ki, Bakının həmin mövqeyi saxlaması danışıqların səmərəsindən asılıdır. Trend ANS telekanalına istinadən bildirir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.

"Dialoqun rəsmiyyət, yaxud kiminsə iddiası ilə davam etdirilməsi mənasızdır. Digər variant yoxdur"-deyə Azərbaycan XİN başçısının müavini bildirib və qeyd edib ki, bu mövqe artıq dəfələrlə rəsmi Bakı tərəfindən səsləndirilib.

Xəbər lenti

Xəbər lenti