ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə ümid etdiyini ifadə edib. Trend in verdiyi məlumata görə, bu barədə cümə günü Vaşinqtonda ABŞ-ın dövlət katibi Kondaliza Raysın Elmar Məmmədyarovla danışıqlarının yekunları ilə bağlı bəyanatda bildirilir.
Azərbaycanlı həmkarı ilə görüşdən əvvəl xanım Rays Ermənistan və Azərbaycan prezidentləri ilə telefon danışığında bu mövzunu müzakirə edib. Bu barədə "Qolos Rossii" agentliyi məlumat yayıb.