...

Asim Mollazadə: "Fransa qondarma "erməni soyqırımı"na qanuni don geydirməklə dünyada ziddiyyətlər yaradır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2006 15:40 (UTC +04:00)

Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı qəbul etməyən vətəndaşlarına bir il müddətinə azadlıqdan məhrumetmə cəzanın tətbiq edilməsi ilə bağlı sənədin müzakirəsi bu dövlətdə yaşayan on minlərlə insanın hüquqlarının tapdanmasına gətirəcək. Trend xəbər verir ki, bu barədə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Qeyd edək ki, məlum məsələ ilə bağlı sənəd Fransa parlamenti tərəfindən aprelin 21-də müzakirəyə çıxarılacaq.

Millət vəkili bildirib ki, Fransa parlamenti hansısa ciddi tarixi əsası olmayan məsələyə qanuni don geydirməklə xırda etnik qrupun məqsədini güdür: "Düşünürəm ki, bu məsələ həm Fransa-Türkiyə münasibətlərinə xələl gətirir, eyni zamanda Avropanın dəyərlərinə ziddir".

A.Mollazadə qeyd edib ki, bunun qarşısını almaq üçün konkret fəaliyyət göstərilməlidir. Azərbaycan-Fransa parlamentlərarası dostluq qurupu bu məsələni gündəmdə saxlamalıdır: "Ümid edirəm ki, Türkiyə parlamentariləri ilə birgə bu istiqamətdə müvafiq iş görüləcək. Bu sənəd tək Fransada yaşayan insanların hüquqlarının tapdanması deyil, həm də bilavasitə bir dövlət kimi onun maraqlarına ziddir".

A.Mollazadə ATƏT-in Minsk qrupunda Fransanın təmsil olşunmasına da münasibət bildirib: Qeyd edib ki, həmsədrlərin tərkibi düzgün foprmalaşmadığına görə bu qurum uğur əldə edə bilmir.

Xəbər lenti

Xəbər lenti