...

Azərbaycan xarici işlər naziri: Münaqişələrin ümumi həlli modeli yoxdur və ola da bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2006 19:14 (UTC +04:00)

Dünyada münaqişələrin ümumi həlli modeli yoxdur və ola da bilməz. Bunu, Trend agentliyinin məlumatına əsasən, Kosovo münaqişəsinin həlli modelinin digər münaqişələrin, xüsusilə, Cənubi Qafqaz regionundakı problemlərin nizamlanması zamanı istifadə olunması haqqında bəyanatları şərh edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Kosovo düsturunun digər münaqişələr üçün istifadəsi mümkünsüzdür. Əgər kimsə belə bir universal düstur ixtira etsə idi, Nobel mükafatının laureatı olardı" - deyə nazir vurğulayıb.

"Hər ölkənin özünəməxsux xüsusiyyətlərə malik əhalisi var, hər bir münaqişəsinin isə öz tarixçəsi" - -deyə E.Məmmədyarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti