...

Buxarestdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı planlar qüvvədədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 May 2006 19:16 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin Buxarestdə görüşünün təşkili ilə bağlı planlar qüvvədədir. Bu barədə Trend ə Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə Qrupundan bildiriblər.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü iyunun 4-5-də Rumıniya paytaxtında keçirilməsi planlaşdırılan Qara Dəniz Dialoq və Tərəfdaşlıq Forumu çərçivəsində baş tutacaq. Hər iki prezident Buxarestdə gözlənilən zirvə görüşündə iştirakı bəyənib və hazırda Minsk Qrupu həmsədrləri tədbirə hazırlıq görür.

Son dəfə İlham Əlyiev və Robert Koçaryan fevralda Rambuyedə (Fransa) görüşüb. ATƏT-in Minsk Qrupu həmsədrləri mayın 23-25-də münaqişə regionuna səfər edərək hazırkı vəziyyəti və qarşıdakı görüşü müzakirə edib.

Xəbər lenti

Xəbər lenti