...

IKT işğal olunmuş Azərbaycan ərazilərinin florasının Ermənistan tərəfindən məhv edilməsinin qarşısını almaq üzrə tədbirlər görəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2006 15:15 (UTC +04:00)

İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin XİN başçılarının 33-cü sammiti böyük əhəmiyyətə malikdir, belə ki, təşkilatın tarixində ilk dəfə olaraq bu cür tədbir məhz Bakıda keçirilir və bunun da Azərbaycanın islam dünyasında tanınmasında son dərəcə mühüm rolu var. Trend in verdiyi xəbərə görə, bu barədə iyunun 21-də Bakıda İKT baş katibi Əkmələddin İhsanoğlu bildirib.

İKT baş katibi Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun indiki sammitin gedişində açıqladığı sənədin əhəmiyyətindən danışıb. "Bunlar Azərbaycanın işğal olunmuş ərazilərində, həmçinin Dağlıq Qarabağda ermənilərin yandırdığı meşələrin kosmosdan çəkilmiş videoyazılardır", - deyə E.İhsanoğlu xəbər verib. "Bu, çox acınacaqlı mənzərədir. İKT sammitinin bütün iştirakçıları respublikanın işğal olunmuş ərazilərindəki flora və faunanın məhv edilməsinin yolverilməz olması məsələsində Azərbaycanla həmrəydirlər", - deyə İTK baş katibi bildirib və qeyd edib ki, İslam Konfransı Təşkilatı bu istiqamətdə bir sıra tədbirlər görəcək.

Bununla yanaşı E.İhsanoğlu bilidirib ki, İKT-nin əhəmiyyəti artır və bu, nəinki ayrı-ayrı dövlətlər, həm də ATƏT və Avopa Şurası kimi böyük beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. "İndiki sammit çərçivəsində Fələstin, İran və İraq üzrə mühüm qərarlar qəbul olunub, həmçinin Türkiyə üçün böyük marağa səbəb olan Kipr mövzusu müzakirə edilib", - deyə E.İhsanoğlu bildirib.

"İKT-nin dəyişdirilməsi məsələsinə məhz Türkiyə yeni təkan verib. Ölkə nümayəndələri hələ 2005-ci ilin dekabr ayında Məkkə şəhərində təşkilatın 10 illik fəaliyyət planını gündəliyə daxil edib. Bu plan artıq əksər islam dövlətlərindən rəy alıb", - deyə E.İhsanoğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti