...

Oskanyan hesab edir ki, danışıqlar prosesinin bəzi təfərruatlarının açıqlanması cəmiyyətdə sağlam müzakirələrin aparılmasına imkan verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2006 14:54 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Vardan Oskanyan bu gün İrəvanda bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin bəzi təfərruatlarının açıqlanması Ermənistan tərəfi üçün gözlənilməz olmayıb".

"Mediamaks" agentliyinin məlumatına əsasən, V.Oskanyan jurnalistlərə deyib ki, bəzi təfərruatların açıqlanması cəmiyyətlə sağlam müzakirələrin aparılmasına imkan verir. Bununla yanaşı, Ermənistan xarici işlər naziri vurğulayıb ki, danışıqlar prosesinin tam nəşri bu və ya digər münaqişə tərəfinin öz prinsiplərindən imtina etməsi üçün təhlükə yaradır.

V.Oskanyanın fikrincə, Ermənsitan hökumətinin cəmiyyəti nəşr edilmiş prinsiplərin qəbul edilməsi vacibliyinə inandırmağın vaxtı hələ gəlib çatmayıb, çünki "Azərbaycan bu sənədin bəzi bəndlərilə razı deyil".

Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün keçirilməsi mümkünlüyündən danışan nazir deyib ki, gündəlikdə belə bir məsələ yoxdur. "Lakin biz bunu istisna etmirik. ATƏT Minsk Qrupunun Amerikalı həmsədri Metyu Brayzanın regiona səfərindən sonra ola bilsin ki, nə isə aydınlaşsın" - deyə o əlavə edib.

V.Oskanyan vurğulayıb ki, ATƏT Minsk Qrupu ən səmərəli vasitəçi formatıdır.

Xəbər lenti

Xəbər lenti