...

Akif Nağı: "Minsk qrupunun özünü ifşa etməsi üçün hələlik gözləmə mövqeyində dayanmağa qərar vermişik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2006 12:42 (UTC +04:00)

"Biz ATƏT-in Minsk qrupunun özünü ifşa etməsi üçün hələlik gözləmə mövqeyində dayanmağa qərar vermişik". Bu fikirləri Trend ə açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

A.Nağı Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanin əvvəlcə Ermənistana, oradan isə işğal olunmuş Xankəndinə gözlənilən səfərinə münasibət bildirərkən qeyd edib ki, QAT buna etirazını ifadə edib. Lakin təşkilat etiraz aksiyası keçirmək niyyətində deyil: "Hesab edirik ki, hələlik etiraz aksiyalarına ehtiyac yoxdur, biz Minsk qrupunun fəaliyyəti ilə bağlı mövqeyimizi dəfələrlə bildirmişik. Bəyan etmişik ki, həmsədrlərin fəaliyyəti Azərbaycanı təslimçi sülhə təhrik etməyə yönəlib. İndi etirazlarımıza bir qədər fasilə verib gözləyirik ki, həmsədrlər Qarabağ konflikti ilə bağlı mövqelərini, niyyətlərini tam şəkildə ortaya qoysunlar, özlərini bütünlüklə ifşa etsinlər. Bundan sonra biz yenidən aktiv fəaliyyətə başlayacağıq"-deyə QAT sədri vurğulayıb.

A.Nağının sözlərinə görə, QAT sentyabrdan Qarabağla bağlı fəaliyyətini yenidən sürətləndirəcək.

Xəbər lenti

Xəbər lenti