...

Arzu Abdullayeva: Dağlıq Qarabağda iri tikintilərlə rastlaşmadıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2006 14:32 (UTC +04:00)

Ermənistana və Dağlıq Qarabağa səfərim zamanı Qarabağda iri tikintilərlə rastlaşmadıq. Trend in xəbərinə görə, bu barədə avqustun 3-də mətbuat konfransı keçirən Helçinki Vətəndaş Assambleyasının Azərbaycan üzrə nümayəndəsi Arzu Abdullayeva məlumat verib.

A.Abdullaeyva bildirib ki, həm Ermənistana, həm də Dağlıq Qarabağa səfəri AŞ PA-nın Cənubi Qafqaz ölkələrində itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Platvoetlə Niderlandda keçirilmiş görüşu zamanı qərara alınıb.

"Təqribən 2 həftə əvvəl Leo Platvoetlə Niderlandda görüşümüz zamanı o açıqladı ki, bu ilin sentyabr ayında Dağlıq Qarabağa səfəri planlaşdırılıb. Belə razılaşdıq ki, Platvoetin həmin səfəri ərəfəsində ilk olaraq bizim qrup Dağlıq Qarabağa səfər etsin və vəziyyətlə tanış olsun" - deyə A.Abdullayeva söyləyib.

A.Abdullayevanın sözlərinə görə, Dağlıq Qarabağdakı separatçı rejimin lideri Arkadi Qukasyanla Xankəndidə keçirilən görüşünü Helsinki Vətəndaş Assambleyasının Ermənistan üzrə nümayəndəsi Karen Ohancanyan təşkil edib.

"Görüş zamanı söhbətimizin əsas mövzusu Dağlıq Qarabağın kəndlərində baş verən yanğınlarla bağlı olub.

A.Abdullayevanın sözlərinə görə, DQ-ya səfəri zamanı Şuşa həbsxanasında olarkən orada azərbaycanlı əsirlərin saxlanması faktı ilə qarşılaşmayıb.

"Kəndlərdə çox cüzi tikintilər müşahidə etdik. Lakin iri tikintilərlə qarşılaşmadıq" - deyə A.Abdullayeva bildirib.

Xəbər lenti

Xəbər lenti