...

GUAM ərazisində münaqişələrlə bağlı məsələnin BMT sessiyasında müzakirəsi noyabrın 6-na təyin olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2006 13:18 (UTC +04:00)

GUAM ölkələri ərazisində münaqişələrlə bağlı məsələnin BMT-nin 61-ci sessiyasında müzakirəsi noyabrın 6-na təyin olunub. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Həmin vaxtadək GUAM XİN başçıları Şurası müzakirələrə hazırlıq işlərini davam etdirəcək. Bu qərar Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova xarici işlər nazirlərinin Nyu-Yorkda BTM BA-nın 61-ci sessiyası çərçivəsində keçirilmiş növbəti görüşündə qəbul olunub.

GUAM XİN başçıları sülhyaratma fəliyyətində əməkdaşlıq məsələsinin öyrənilməsi zəruriliyini qeyd edib və milli ələqələndiricilərə konkret təkliflər üzərində işləməyi tapşırıb.

İclasda Gürcüstan nümayəndəsi, xarici işlər nazirinin müavini Valeri Çeçelaşvili GUAM-ın baş katibi seçilib. Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi, ölkənin Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirov isə iqtisadi əməkdaşlıq proqramlarının əlaqələndiricisi təyin olunub. Azərbaycan işçi qruplarının fövqəladə məsələlər və nəqliyyat üzrə əlaqələndiricisi rolunu öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti