...

Ermənistanın xarici işlər naziri Azərbaycanla danışıqların davam etdirilməsi imkanını istisna etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2006 12:54 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan yaxın gələcəkdə Azərbaycanla danışıqların davam etdirilməsi imkanını istisna etmir. Bu barədə Trend ARKA-ya istinadən məlumat verir.

Oskanyan Nyu -Yorkda "Azadlıq" radiostansiyasına verdiyi müsahibədə qeyd edib ki, ATƏT Minsk qrupu həmsədrləri ilə Qarabağ məsələsi üzrə ayrı-ayrı görüşlər hər zaman olacaq. "Mən həmçinin həmsədrlərin bölgəyə səfər etmə ehtimalını da istisna etmirəm", - deyə o vurğulayıb və əlavə edib ki, BMT Baş Assambleyasının 61-ci sessiyasının nəticələrinə görə onların müvafiq qərar qəbul etməsindən sonra Ermənistan vasitəçilərlə əlaqə yaratmaq və sonrakı addımları müəyyən etmək fikrindədir.

V.Oskanyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında həm nazirlər, həm də prezidentlər səviyyəsində birbaşa danışıqların bərpa olunması mümkündür və bu, hamı tərəfindən arzu olunur. "Lakin bu məsələ hələ qeyri-müəyyən vəziyyətdədir və bütün bunlar zamanla dəqiqləşdiriləcək", - deyə o bildirib.

Hazırda Ermənistanın xarici işlər naziri BMT Baş Assambleyasının 61-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadır.

Xəbər lenti

Xəbər lenti