Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda qeyri-konstruktiv mövqe tutması ilə əlaqədar gerçəkləşdirilən iri regional layihələrdən kənarda qalıb. Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Bakıda britaniyalı parlamentarilər qrupunu qəbul edərkən bəyan edib.
Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tutduğu mövqeni qeyd edən nazir vurğulayıb ki, ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməli və burada beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməli, həmin ərazilər minalardan təmizlənməli, qaçqın və məcburi köçkünlər isə doğma yurdlarına qayıtmalıdır.
Bundan başqa, E.Məmmədyarov beynəlxalq qurumlar, o cümlədən NATO və Avropa Birliyi ilə əməkdaşlıq və münasibətlərin perspektivləri, regionda vəziyyət barədə parlamentarilərə məlumat verib