...

Minsk qrupu həmsədrləri: Parisdə dəqiqləşmələr tələb edən əlavə elementlər ətraflı müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2006 17:30 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplər" sənədində bəzi dəqiqləşmələr tələb edən əlavə elementlər Parisdə ətraflı müzakirə olunub. Trend in Fransanın Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycan və Ermənistan XİN başçıları - Elmar Məmmədyarov və Vardan Oskanyanın ATƏT vasitəçilərinin iştirakı ilə keçirilmiş Paris görüşünün yekunlarına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Nazirlər "açıq və səmimi mühitdə konstruktiv görüş" keçiriblər, - deyə Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir. Görüş zamanı "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplər" sənədi ilə bağlı işlər davam etdirilib. Nazirlər danışıqları davam etdirmək məqsədi ilə növbəti görüşün noyabrın 14-də Brüsseldə keçirilməsinə razılıqlarını veriblər. Noyabrın sonunda həmsədrlər tərəflərlə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə görüşmək imkanlarını müzakirə etmək üçün regiona səfər etməyi planlaşdırırlar.

Xatırladaq ki, həmsədrlər Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuri Merzlyakov (Rusiya), eləcə də ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə okytabırn 24-də Parisdə, Fransa XİN-in binasında Azərbaycan və Ermənistan XİN başçılarının görüşü baş tutub.

Xəbər lenti

Xəbər lenti