...

Ermənistan XİN başçısı azərbaycanlı həmkarı ilə görüşdə "əhəmiyyətli irəliləyiş"in əldə olunacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2006 18:13 (UTC +04:00)

Noyabrın 9-da Ermənistan XİN başçısı Vardan Oskanyan və Avropa və Avrasiyaya Amerika dəstəyinin əlaqələndiricisi Tomas Adams ümidvar olduqlarını bildiriblər ki, noyabrın 14-də Ermənistan və Azərbaycan XİN başçılarının Brüsseldə keçiriləcək görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində "əhəmiyyətli irəliləyiş" əldə olunacaq.

XİN-in mətbuat xidmətindən Mediamaks-a verilən məlumata görə, Vardan Oskanyan və Tomas Adams "Minilliyin Çağırışları" Fondu çərçivəsində proqramların gerçəkləşdirilməsi və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməsi ilə bağlı məsələləri müzakirə edib.

Tomas Adams 2007-ci ildə keçiriləcək parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini bəyan edərək bildirib ki, ABŞ hökuməti Ermənistanda demokratiyanın möhkəmlənməsinə yardım göstərməkdə davam edəcək.

Xəbər lenti

Xəbər lenti