Ermənistan Silahlı Qüvvələri Tərtər rayonunun işğal altında olan Talış kəndindən üzbəüz mövqedə yerləşən Milli Ordumuzun mövqelərini səhər saat 10 radələrindən başlayaraq avtomat və pulyemet silahlardan 30 dəqiqəyə yaxın atəşə tutub. Trend in bölgjə müxbiri xəbər verir ki, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Qeyd edək ki, "Lider" TV-nin əməkdaşları Tərtər rayonunun Borsunlu kəndində qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən qəbiristanlıqda çəkiliş apararkən Ermənistan Silahlı Qüvvələri TV-nın Qarabağ üzrə xüsusi müxbiri və operatoru Habil Aslanoğlu və İlgar Fərmanlını atəşə tutub. Hazırda media işçilərinə düşmən atəş açmaqda davam edir.