...

Azərbaycan XİN başçısı: Dağlıq Qarabağda referendum məsələsi sülh danışıqlarına xələl gətirmək məqsədi güdür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2006 12:16 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 30-da Bakıda AŞ PA Dağlıq Qarabağ üzrə komitəsinin sədri lord Rassel Constonu qəbul edib. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat mərkəzindən məlumat verilib.

Dağlıq Qarabağ münaqişəsinə toxunaraq nazir bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü və Konstitusiyası çərçivəsində, qəbul olunmuş beynəlxalq norma və prinsiplər əsasında tənzimlənə bilər.

Onun sözlərinə görə, bir çox ölkələrdə erməni lobbisi Azərbaycan haqqında məqsədli şəkildə böhtan xarakterli informasiyalar yayır ki, bu da danışıqlar prosesinə mənfi təsir göstərir. Nazir vurğulayıb ki, Dağlıq Qarabağda Konstitusiya ilə bağlı dekabrın 10-na təyin olunmuş referendum sülh danışıqlarına xələl gətirmək məqsədi daşıyır. O, bu cür addımlara beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi və hüquqi qiymət veriləcəyinə ümidvar olduğunu bildirib.

Tərəflər NATO-nun Riqada keçirilən sammitində qəbul olunmuş, Cənubi Qafqaz ölkələri və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini dəstəkləyənn bəyannəməni müsbət dəyərləndiriblər.

Xəbər lenti

Xəbər lenti